» » Koreya lideri 14 saat dindirildi

Koreya lideri 14 saat dindirildi

Bölmə: Siyasət, Dünya
Koreya lideri 14 saat dindirildi
Cənubi Koreya prokurorluğu martın 21-də ölkənin sabiq prezidenti Pak Kın Xenin dindirilməsini başa çatdırıb.

Trend-in məlumatına görə, dindirilmə prosesi 14 saat çəkib.

Prokurorluq Pak Kın Xenin ötən ilin sonunda həbs olunan və sabiq prezidentin ən yaxın rəfiqəsi olan Çoy Sun Sulun əli olan 13 korrupsiya işində iştirak etdiyində şübhələnir.

Pak Kın Xe ona qarşı irəli sürülən bütün ittihamları tamamilə rədd edib.

Qeyd edək ki, ötən il Cənubi Koreya parlamenti Pak Kın Xeni korrupsiyada və hakimiyyətdən sui-istifadədə təqsirləndirərək onun impiçmentinə səs vermişdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler