» » ABŞ-ın İŞİD-ə qarşı yeni mübarizə strategiyası -

ABŞ-ın İŞİD-ə qarşı yeni mübarizə strategiyası - məqsəd nədir?

Bölmə: Siyasət, BLOK XƏBƏR
ABŞ-ın İŞİD-ə qarşı yeni mübarizə strategiyası -
Türkiyə rəsmən anti-İŞİD koalisiyasına qoşulmadı; ABŞ-ın İŞİD-i bombalaması planının arxasında Suriyanın işğalının dayanması ilə bağlı iddialar var
Sentyabrın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Terrorla mübarizə toplantısı” keçirilib. Toplantının əsas mövzusu İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın yaradılması olub. Toplantıdan sonra yayılan birgə bəyannamədə “üzv ölkələr münasib bilindiyi təqdirdə İŞİD-ə qarşı hərbi fəaliyyətə müxtəlif vasitələrlə qoşulacaq”, ifadəsi qeyd olunub. Bəyannamədə İŞİD-in dünya üçün təhlükə olduğu qeyd edilir.
Ancaq gözlənildiyi kimi Türkiyə hökuməti bu bəyanata imza atmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu toplantıda çıxış edərək Türkiyə hökumətinin mövqeyini bəyan edib. Əsas səbəb kimi isə Türkiyənin 40 diplomatının hazırda İŞİD-in əlində girov saxlanılması göstərilib.
Bu arada məlum olub ki, ABŞ prezidenti Barak Obama İŞİD liderlərinin öldürülməsi üçün Pentaqona göstəriş verib. Əsas hədəf isə İŞİD lideri Əbubəkir əl-Bağdadinin məhv edilməsidir.
Qeyd edək ki, sentyabrın 10-da ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı 4 bəndli planını açıqlayıb. Plana əsasən İŞİD-in bombalanması, terrora qarşı mübarizə aparan qüvvələrə, o cümlədən Suriya müxalifətinə yardım edilməsi, eyni zamanda İraq hökuməti və kürd silahlı birləşmələrinə təlim keçilməsi, kəşfiyyat və hərbi qüvvələrinin artırılması nəzərdə tutulur. ABŞ hökuməti İŞİD-ə qarşı koalisiyaya 40-a yaxın ölkənin qoşulacağını planlaşdırır. ABŞ dövlət katibi Con Kerri bildirib ki, koalisiyanın daha da genişlənməsinə çalışacaq. Eyni zamanda o, İraq və Suriyaya heç bir xarici ölkənin quru qoşunlarının ayaq basmayacağını bildirib. C.Kerri koalisiyaya yeni ölkələrin cəlb edilməsi məqsədi ilə region ölkələrinə səfərlər edəcək, hökumət rəhbərləri danışıqlar aparacaq. Yeri gəlmişkən, ötən gün Kerri Türkiyəyə səfər edib.
Rusiya hökumətinin ABŞ-ı Suriya ərazisini bombalamaqla bağlı xəbərdarlığına toxunan Kerri bildirib ki, “İraq bizdən yardım istəyib. Beynəlxalq hüquq bizə işğala məruz qalıb yardım istəyən ölkələrə dəstək vermək haqqını verir” deyib.
İran hökuməti bəyan edib ki, İŞİD-ə qarşı koalisiyaya qoşulmayacaq. İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, yeni koalisiyada bir çox qeyri-müəyyənliklər var. Eyni zamanda İran rəsmisi koalisiyaya üzv olan bəzi ölkələrin Suriyadakı terrorçu qruplaşmalara dəstək verdiyini qeyd edib. Livanın Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım isə yerli mətbuata verdiyi müsahibəsində deyib ki, ABŞ-ın İŞİD-ə qarşı mübarizə planı terror təşkilatını tamamilə yox etməyə deyil, nəzarət altına almağa hesablanıb. Onun sözlərinə görə, ABŞ İŞİD-ə qarşı mübarizə adı ilə İraq və Suriyada mövqelərini möhkəmləndirməyə çalışacaq. Şeyx bildirib ki, ABŞ-ın yeni planı əslində İŞİD-i qorumaq, ancaq eyni zamanda digər ölkələrə yayılmasının qarşısını almaqdır.
Cidde’de IŞİD zirvesi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-in canlı qüvvələrinin sayını açıqlayıb. Amerika kəşfiyyatının məlumatına əsasən hazırda İraq və Suriyada 20 mindən 31500 nəfərə yaxın İŞİD döşüçüsü var. Ümumilikdə isə hazırda Suriyada 15 min nəfər əcnəbi “cihadçı”nın olduğu bildirilir ki, bunların da 2 mini Qərb ölkələrindən gələnlərdir.musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler