Müsavatda qalmaqal böyüyür- VideoBölmə: Siyasət
Azərbaycanın müxalifət partiyalarınından biri Müsavat Partiyası böyük dəyişikliklər ərəfəsindədir. ANS TV-nin məlumatına görə, hazırki partiya başqanı İsa Qəmbər nizamnaməyə görə iki dəfədən artıq rəhbər postuna seçilə bilmədiyi üçün Müsavat Partiyasının yeni başqanını müəyyənləşdirəcək. Qurultaya az vaxt qalmış 4 nəfər başqanlığa namizədliyini irəli sürüb. Onlardan biri Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı səsvremədə ümidini, əsasən gənclərə bağlayıb. "Mən İsa Qəmbər olmayacam. Mən və ətrafım hesab edirik ki, digər namizədlər olacağı və seçiləcəyi təqdirdə yeni heç nə olmayacaq", deyə Tural Abbaslı bildirib. İqtisadçı ekspert Qubad İbadoğlu Müsavat Partiyasının Divan üzvlüyündən istefa verərək, başqanlığa iddialıdır. Tural Abbaslıdan fərqli olaraq o, düşünür ki, partiyada yaxşı nə varsa, onu saxlamaq lazımdı, əsas məsələ isə öz maraqları qurban verməkdir. Qubad İbadoğlunyn sözlərinə görə, əsas odur ki, öz maraqlarını şəxsi maraqalara qurban verəsən. “Azərbaycan xalqının milli maraqlarını üstün tutulmalı, Dağlıq Qarabağla bağlı hazırki hakimiyyətin yanında olmalıdır”, deyə Q.İbadoğlu bildirib. Müsavat başqanın müavini, partiya icra aparatının rəhbəri Arif Hacılı da partiya rəhbəri olmağa namizəddir. O, hazırda tutduğu bütün postlardan istefa verib. “Biz yenə də kimin seçilməsindən asılı olmayaraq Müsavat ideologiyasını davam etdirəcəyik. Yeni olduqca status-kvonu da dəyişmək mümkün olmayacaq”, deyə Arif Hacılı qeyd edib. Qeyd edək ki, qurultay bu ayın sonu baş tutmalıdır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|