» » Türkiyə Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hücumlarını pisləyir

Türkiyə Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hücumlarını pisləyir

Bölmə: Siyasət
Türkiyə Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hücumlarını pisləyir
Türkiyə Xarici İşlər Nazirliyi fevralın 25-dən 26-na keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən ağır silahlı toqquşma ilə bağlı bəyanat yayıb.

Xalqinfo.az "Anadolu"ya istinadən xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumlar pislənib.

"Şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara təcili şəfa arzulayırıq", - deyə bəyanatda bildirilir.

Türkiyə, həmçinin Ermənistanı Azərbaycanla təmas xəttində atəşkəsə əməl etməyə çağırıb:

"Biz 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən şiddətli toqquşmaların yenidən baş verməməsi üçün İrəvanı atəşkəsə əməl etməyə və pozuntulara son qoymağa çağırırıq. Türkiyə davamlı həll yolunun tapılması istiqamətində göstərilən səyləri dəstəkləməkdə davam edəcək", - deyə bəynaatda bildirilir.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler