» » Xocalı soyqırımı İtalya Senatında

Xocalı soyqırımı İtalya Senatında

Bölmə: Siyasət, Dünya
Xocalı soyqırımı İtalya Senatında

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina, habelə senatorlar Mariya Rizzotti və Hans Berqer Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə Senatın plenar iclasında çıxış ediblər.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, senatorlar ermənilərin Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklər, baş vermiş insan itkiləri və qurbanların başına gətirdiyi ağır işgəncələrdən bəhs ediblər.

Parlamentarlar həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər, soyqırımı törədən Ermənistan, bu gün ona rəhbərlik edən və birbaşa Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər.

Onlar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət ediblər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler