» » Millət vəkilindən ATƏT-in iclasında çağırış

Millət vəkilindən ATƏT-in iclasında çağırış

Bölmə: Siyasət
Millət vəkilindən ATƏT-in iclasında çağırış
ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyasının ikinci günü qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin “ATƏT məkanında transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusunda iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında terrorizmlə hərtərəfli mübarizənin vacibliyindən danışıb, terrorizmə, ekstremizmə və radikallaşmaya rəvac verən amillərin aradan qaldırılması istiqamətində effektiv strategiyanın hazırlanmasının zəruriliyini vurğulayıb. Bu xüsusda, müxtəlif dini və etnik kimliyə malik gənclərin cəmiyyətə inteqrasiyasının, bərabər təhsil imkanlarının yaradılmasının əhəmiyyəti qeyd edilib.

ATƏT PA-nın vitse-prezidenti çıxışında, həmçinin cəmiyyətdə müxtəlifliyə hörmət mədəniyyətinin təşviqinin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hazırkı şəraitdə radikallaşma və ekstremizmlə mübarizənin yolu etnik ayrı-seçkilik və etnik təmizləmə əsasında monoetnik cəmiyyətlərin yaradılması deyil, qarşılıqlı hörmətin, dinlərarası dialoq və multikultural dəyərlərin təşviqidir.

A.Quliyev ATƏT-ə üzv dövlətlərin multikultural dəyərlərə hörmət sahəsində yaxşı təcrübələrinin öyrənilməsi və təşviqinin radikallaşma və ekstremizmlə effektiv mübarizədə mühüm rol oynaya biləcəyini vurğulayıb. Bundan irəli gələrək, Azay Quliyev ATƏT PA-nı dinlərarası və sivilizasiyalararası dialoqun təşviqində daha fəal rol oynamağa çağırıb.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler