» » Albayrak prezidentə Ərdoğanın təbriklərini çatdırıb

Albayrak prezidentə Ərdoğanın təbriklərini çatdırıb

Bölmə: Siyasət
Albayrak prezidentə Ərdoğanın təbriklərini çatdırıb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Xalqinfo” xəbər verir ki, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə İlham Əliyevə Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırıb.

İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

İlham Əliyev TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler