» » Ramil Usubov beynəlxalq konqresə qatılıb

Ramil Usubov beynəlxalq konqresə qatılıb

Bölmə: Siyasət
Ramil Usubov beynəlxalq konqresə qatılıb
Daxili işlər naziri Ramil Usubov Berlin şəhərində keçirilən 20-ci Avropa Polis Konqresində iştirak etmək üçün fevralın 20-dən Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.

Nazirliyin mətbuat xidmətindən “Xalqinfo”ya daxil olan xəbərə görə, nazir “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik” olan tədbirin konfrans çərçivəsində keçirilən panellərində iştirak edib. Konqres zamanı terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Hər il keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu forumda dünyanın bir çox dövlətlərinin daxili işlər nazirləri, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri iştirak edirlər.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler