“Mehriban Əliyeva aparılan islahatların dərinləşməsində mühüm rol oynayacaq” Fəzail AğamalıBölmə: Siyasət
“Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin və tarixinin dünya miqyasında tanıdılmasında, humanitar xarakterli tədbirlərin həyata keçirilməsində çox əhəmiyyətli fəaliyyət göstərib, ölkəmizə böyük töhfələr verib”. Bu fikirləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. F.Ağamalı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibəti ilə Mehriban Əliyevanı təbrik edib: “Mən bu münasibətlə Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirəm, ona çətin və şərəfli işində uğurlar arzu edirəm. Mehriban xanım 2003-cü ildən Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri və rolu olan ictimai-siyasi xadimdir. Tam əminəm ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin idarəçilik sistemində cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların daha da dərinləşməsində mühüm rol oynayacaq. Əminəm ki, Mehriban Əliyeva dövlətçiliyimizə verdiyi töhfələri yeni statusda uğurla davam etdirəcək”. Deputat qeyd edib ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunmadan öncə də ən yaxın silahdaş kimi ölkə başçısının yanında olub: “Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində cənab Prezidentlə bərabər çox böyük əmək və enerji sərf edib. Artıq o Azərbaycanın Birinci vitse-prezidentidir. Tam əminəm ki, Mehriban Əliyeva bu vəzifəni çox böyük uğurla yerinə yetirəcək, ölkə başçısı ilə bərabər Azərbaycan dövlətini yeni zirvələrə qaldıracaq və xalqımıza firavan günlərin bəxş edilməsində mühüm rol oynayacaq. Bu yolda ona möhkəm can sağlığı və uğurlar arzu edirəm!”. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|