» » Trampa etiraz - "Bu gün mən də Müsəlmanam"-

Trampa etiraz - "Bu gün mən də Müsəlmanam"- VİDEO

Bölmə: Siyasət, Dünya
Trampa etiraz - "Bu gün mən də Müsəlmanam"-
"Tayms" meydanına toplaşan minlərlə amerikalı "Bu gün mən də Müsəlmanam" şüarı ilə Trampın qoyduğu qadağa etirazını bildirib.

Xalqinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri Donald Trampın 7 müsəlman ölkəsindən miqrantların ABŞ ərazisinə daxil olmasına qoyduğu qadağaya etirazlar davam edir. ABŞ-ın Nyu-York ştatında "Tayms" meydanına toplaşan minlərlə amerikalı "Bu gün mən də Müsəlmanam" şüarı ilə Trampın qoyduğu qadağa etirazını bildirib.

Aksiyada iştirakçıları ABŞ-ın müsəlman, xristian və yəhudilərdən ibarət vətəndaşları olub. Müsəlman cəmiyyətinə həmrəylik məqsədi daşıyan aksiyaya tanınmış reper Def Jam Recordins və siyasi aktivist Rassel Simmons rəhbərlik edib.

Trampın keçmiş dostu olan Simmons aksiyada bunları deyib: "Bu gün burada Donald Tramp səbəbindən toplaşmışıq. Bizi bir yerə topladığı üçün ona təşəkkür etmək istəyirəm. Ölkəmizdə dəyişiklik olduğunu qəbul etmək məcburiyyətindəyik. Uzun illərdir ki, islamofobiya ilə vuruşuruq. Sizlər "mən də müsəlmanam" deyərkən, mən də sizə "Peşmançılıq hissi keçirmədən hər gün Müsəlmanam" deyirəm".


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler