» » İlham Əliyev Ştaynmayerə təbrik məktubu göndərdi

İlham Əliyev Ştaynmayerə təbrik məktubu göndərdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Ştaynmayerə təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

Xalqinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Ştaynmayer,

Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler