» » Usubov Orxan Mansurzadə haqda əmr imzaladı

Usubov Orxan Mansurzadə haqda əmr imzaladı

Bölmə: Siyasət
Usubov Orxan Mansurzadə haqda əmr imzaladı
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler