» » Trampın qalmaqallı fərmanı ilə bağlı apelyasiya şikayəti rədd edilib

Trampın qalmaqallı fərmanı ilə bağlı apelyasiya şikayəti rədd edilib

Bölmə: Siyasət
Trampın qalmaqallı fərmanı ilə bağlı apelyasiya şikayəti rədd edilib

ABŞ Apelyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Sietl məhkəməsinin prezident Donald Trampın immiqrasiya fərmanının icrasının dayandırılmasına dair qərarından verdiyi apelyasiya şikayətini rədd edib.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, Apelyasiya Məhkəməsi Ədliyyə Nazirliyinə ən geci sabah qeydini təqdim etməsi üçün vaxt verib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.

D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi şənbə günü Sietl məhkəməsinin prezident Donald Trampın immiqrasiya fərmanının icrasının dayandırılmasına dair qərarından apelyasiya şikayəti vermişdi.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler