» » Prezident maestro Niyazinin abidəsinin açılışında - Yenilənib+Video

Prezident maestro Niyazinin abidəsinin açılışında - Yenilənib+Video

Bölmə: Siyasət, Mədəniyyət
Prezident maestro Niyazinin abidəsinin açılışında - Yenilənib+Video

Bakıda görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Burada çıxış edən dövlət başçısı Niyazinin Azərbaycan dirijorluq məktəbinin əsasını qoyduğunu bildirib.

Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.

Prezident İlham əliyev abidənin açılışını edib, önünə gül dəstəsi qoyub.

Mərasimdə çıxış edən prezident Niyazinin Azərbaycan dirijorluq məktəbinin əsasını qoyduğunu bildirib və qeyd edib ki, bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər.

Niyazi ilə bağlı öz xatirələrinin olduğunu deyən dövlət başçısı mərhum maestroun ulu öndər Heydər Əliyevlə dostluq əlaqələrin olduğunu vurğulayıb.

Qeyd edək ki, abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə əməkdar Memar Elbay Qasımzadədir.

Dövlət başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib. Sonda xatirə şəkli çəkdirilib.




BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler