» » Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi -

Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi - Fotolar

Bölmə: Siyasət
Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi -

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, səfir Dursun Həsənov etimadnaməsini Prezident Georgi Marqvelaşviliyə təqdim edib.

Gürcüstan dövlətinin başçısı Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

D.Həsənov etimadnaməsini qəbul etdiyinə və səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın dövlət başçısına çatdırıb.

Səfir fəaliyyəti dövründə strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.

Georgi Marqvelaşvili ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda birgə həyata keçirdiyimiz energetika, nəqliyyat, ticarət layihələrinin əhəmiyyətindən danışıb, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Səfir Dursun Həsənov səmimi qəbuluna görə bir daha təşəkkürünü bildirib, əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını qeyd edib.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi -
Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi -
Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler