» » ATƏT sədri cavabı ilə erməniləri məyus etdi

ATƏT sədri cavabı ilə erməniləri məyus etdi

Bölmə: Siyasət
ATƏT sədri cavabı ilə erməniləri məyus etdi

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Yerevanın “Mediamax” agentliyinə müsahibəsində erməniləri məyus edib.

Xalqinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, erməni jurnalistləri Sebastyan Kurtsa danışıq prosesində “DQR”in iştirakı ilə bağlı sual veriblər: “Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?”

ATƏT-in qüvvədə olan sədrinin cavabı birmənalı olub: “Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar”.

ATƏT sədri onu da əlavə edib ki, Minsk Qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geriyə addımlarla yadda qaldı. Bununla belə, qurum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler