» » Tramp və Putin Reykyavikdə görüşəcək

Tramp və Putin Reykyavikdə görüşəcək

Bölmə: Siyasət
Tramp və Putin Reykyavikdə görüşəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırır.

Xalqinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki,bu barədə “Sunday Times” qəzeti məlumat yayıb.

“Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır”, - deyə yazılıb.

Trampın Putinlə Reykyavikdə keçirəcəyi görüş onun prezident qismində birinci xarici səfəri olacaq.

Xatırladaq ki, Tramp daha əvvəl “Wall Street Journal”a müsahibəsində inauqurasiyadan sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Bu sammit çərçivəsində Moskva və Vaşinqton “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Tramp və Putin Reykyavikdə görüşəcək

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler