» » Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu

Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb.

Xalqinfo” xəbər verir ki, bu barədə “AzeriDefence”ə açıqlamasında polkovnik A. Qurbani özü məlumat verib.

Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.

“Dekabrın 13-də 60 illiyim oldu. Ondan öncə istefaya göndərilməyim barədə raportla rəhbərliyə müraciət etmişdim. Rəhbərlik də sağ olsun, raportuma baxaraq müvafiq əmr verdi”, – deyə Qurbani bildirib.

A.Qurbani qeyd edib ki, o, fəaliyyətini mülki həyatda da davam etdirəcək. Hazırda o, 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş əsərlər üzərində işləyir. Bundan başqa, o, ölkədə vətənpərvərlik işinin qurulması, təbliği və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Polkovnik A. Qurbani namizədliyinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrliyinə irəli sürülməsi barədə yayılan bəzi məlumatlara da münasibət bildirərək, belə bir məsələnin olmadığını deyib:

“Mən 20 ildən çoxdur Veteranlar Təşkilatının prezidium üzvüyəm. Onlara tədbirlərin təşkilində kömək etmişəm və bundan sonra da əsirgəməyəcəm. O təşkilata rəhbərlik mənlik deyil. Mən vəzifə həvəsində olmamışam. Olsaydım, işimi atıb əsgər kimi Murovdağa səngərə getməzdim”.

“Mən orduda bir il, il yarım xidmət edən hər bir əsgəri “Vətənə xidmətə görə, “sağ ol!” devizi altında təntənə ilə yola salaraq belə bir ənənənin əsasını qoydum. İstərdim ki, orduda 5 il, 10 il, 20-30 il xidmət edənlərin də hamısı belə təntənə ilə yola salınsınlar”, – deyə A.Qurbani bildirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler