» » Türkiyə Azərbaycanla daha bir üçtərəfli format yaratmaq istəyir

Türkiyə Azərbaycanla daha bir üçtərəfli format yaratmaq istəyir

Bölmə: Siyasət, Sosial, Dünya
Türkiyə Azərbaycanla daha bir üçtərəfli format yaratmaq istəyir

"Türkiyə Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının yaradılması üzərində işləyir".

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli işləyir.

Onun sözlərinə görə, cari ildə rəsmi Ankara regionda həlli yubanmış münaqişələrin nizamlanmasını aktivləşdirmək üçün iş aparacaq.

Nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında üçtərəfli iclas yaxın aylarda keçiriləcək.

Qeyd edək ki, hazırda regionda bir sıra üçtərəfli formatlar, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları fəaliyyət göstərir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler