Prezidentdən təbriklərBölmə: Siyasət
Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusaya təbrik məktubu göndərib. “Xalqİnfo” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram". *** Dövlət başçısı Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə də təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sudan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Sudan xalqına sülh və rifah diləyirəm". Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|