» » “Ermənilərin mənə dediyini Astan Şahverdiyev xalqa deyir” –

“Ermənilərin mənə dediyini Astan Şahverdiyev xalqa deyir” – Deputat

Bölmə: Siyasət
“Ermənilərin mənə dediyini Astan Şahverdiyev xalqa deyir” –

"Bir vaxtlar ermənilərin mənim əleyhimə yazdığı məqalədə Azərbaycan xalqına qarşı səsləndirdikləri "fikirləri” deputat həmkarım Astan Şahverdiyev millətimizə qarşı təkrarlarlaması təəssüfedicidir”.

Xalqİnfo.az Mia.az-a istinadən xəbər verir ki, bu fikirləri unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib:

"Bir neçə il bundan əvvəl ermənilər panarmenian.ru saytında mənim əleyhimə tənqidi "məqalə” dərc etmişdilər. Həmin yazıda bildirilirdi ki, Azərbaycan xalqının heç bir mədəni, intelektual potensialı yoxdur və onlar Rusiyaya səpələnmiş, bazarların "otxodları”dır.

Mən fəxr edirəm ki, ermənilər o boyda məqalə yazıb, məni söyüblər. Amma mənim deputat həmkarımın bu fikirləri Azərbaycan xalqına qarşı səsləndirməsi üzücüdür”.

A.Əlizadənin sözlərinə görə, xalq millət vəklinə deyil, millət vəkili xalqa borcludur:

"Bu fikir Azərbaycan deputatının ağzından çıxırsa, mən təssüf hissi keçirirəm. Axı, insan öz xalqı haqqında ecə belə fikirlər işlədə bilər?”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler