» » ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi – ŞOK ADDIM

ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi – ŞOK ADDIM

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi – ŞOK ADDIM

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma “DQR”-in “baş naziri” Araik Artünyan ABŞ Konqresində çıxış edib.

Xalqİnfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, dekabrın 6-da separatçı rejimin “baş naziri” Konqesdə “DQR”-in “25 illik müstəqillik yubileyi”nə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan Ordusunun aprel ayında işğal olunmuş ərazilərin müəyyən qismini azad etməsi tənqid olunub.

Separatçı “baş nazir” Konqresdə çıxışı zamanı Azərbaycana qarşı qondarma ittihamlar irəli sürüb.

Araik Artünyan Qarabağda Livan biznesmenlərinin, məşhur italyan markalarının fəaliyyət göstərdiyini deyib. Lakin iqtisadi vəziyyətin pis olduğunu deyərək, Konqresdən maliyyə yardımı istəyib.

Separatçı “baş nazir” çıxışını əsasən Azərbaycana ittiham üzərində qurub.

Qeyd edək ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Konqresdə separatçı rejimin yubileyinin keçirilməsi, bu rejimin “baş nazir”inin çıxış etməsi Amerika siyasətinə ziddir. Bu, faktiki olaraq, erməni terrorçularını dəstəkləməkdir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler