» » “Qafqazdakı oyunlar Əliyevin xeyrinədir”

“Qafqazdakı oyunlar Əliyevin xeyrinədir”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Qafqazdakı oyunlar Əliyevin xeyrinədir”
“İran səfirinin çıxışı məhz İrəvanın Moskvaya qarşı savaş aparması üçün gizli mesaj idi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analatiki Aykazn Qaqriyan çıxış edib. O, yaxın günlərdə daha bir neçə ölkənin bu tip mesaj verə biləcəyini söyləyib:

“Ermənistana təzyiqlər son günlər daha çox artıb. Ruslar müxtəlif vasitələrlə Qarabağda öz qoşunlarını yerləşdirmək və Qafqazda varlıqlarını sürdürməyə çalışırlar. İstənilən halda Ermənistanın çıxış yolu demək olar ki, tükənib. İran səfirinin çıxışı məhz İrəvanın Moskvaya qarşı savaş aparması üçün gizli mesaj idi. Yaxın günlərdə Ermənistana bu tip mesajların daha bir neçə dövlət tərəfindən verilməsi gözlənilir. Hazırda İrəvanın yeganə ümidi məhz orduya qalıb. Müdafiə Nazirliyi isə regionda əsas gücə dönməkdən ötrü ən müasir silahların ona verilməsi üçün bir neçə ölkəyə müraciət edə bilər. Məhz bu amil Moskvanın İrəvana yaxınlaşmasını bir qədər başqa formata keçirəcək. Amma hələlik bütün yollar Bakıya aparır. Bölgədəki oyunlar isə Əliyevin xeyrinə cərəyan edir”.
- See more at: http://axar.az/news/24396#sthash.JJb5P0AX.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler