» » Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir Prezident

Bölmə: Siyasət
Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Pakistan prezidenti Məmnun Hüseyn və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə layihələrin daha tez reallaşmasının zəruriliyi barədə razılığa gəlib.

Xalqİnfo.az bu barədə Pakistanın "Daily Times" saytına istinadən məlumat verir.

Prezidentin sözlərinə görə, Pakistan ümumi tarixi, mədəni, dini və digər dəyərlərə malik Azərbaycanla qardaşlıq əlaqələrinə böyük önəm verir.

O həmçinin qeyd edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı bundan sonra Azərbaycanın mövqeyini dəstəkləyəcək.

İki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsindən razılığını bildirən Pakistan prezidenti ticarət əlaqələrinin də genişlənməsinin zəruriliyini vurğulayıb.

Yaqub Eyyubov öz növbəsində Azərbaycanın Pakistanla müxtəli sektorlarda birgə müəssisələr yaratmaq niyyətində olduğunu deyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler