» » “Tramp Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışacaq” -

“Tramp Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışacaq” - Metyu Brayza

Bölmə: Siyasət
“Tramp Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışacaq” -

“Donald Tramp prezident seçkilərində tam qələbə qazanacağı təqdirdə, rəsmi Moskva ilə yaxşı münasibətlərin qurulmasına səy göstərəcək”.

"Xalqİnfo” xəbər verir ki,bu barədə Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

M.Brayza D.Trampın hələ dəqiq xarici siyasət strategiyasının olmadığını qeyd edib.

Onun sözlərinə görə, D.Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxşı əlaqələri var və Rusiya ona dəstək məsələsində böyük rol oynayıb: "Buna görə də o, Moskva ilə yaxşı münasibətlər yaratmağa çalışacaq".

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən D.Tramp ABŞ-ın növbəti - 45-ci prezidenti seçilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler