» » `Ermənistanı küncə sıxışdırmışıq, panikadadırlar` -

`Ermənistanı küncə sıxışdırmışıq, panikadadırlar` - Deputat

Bölmə: Siyasət
`Ermənistanı küncə sıxışdırmışıq, panikadadırlar` -

“Azərbaycanın hərbi-diplomatik həmlələri işğalçı Ermənistanı küncə sıxışdırıb. Düşmən artan təzyiqdən panikaya düşərək özünümüdafiə instinkti ilə hərəkət edir. Çünki, Azərbaycanın real hərbi-siyasi üstünlüyünü soyuqqanlı məntiqlə qiyətləndirərkən vəziyyətin ermənilər üçün nə qədər acınacaqlı olduğu ortaya çıxır”.

Xalqİnfo.az xəbər verir ki, millət vəkili Hikmət Babaoğlu ermənilərin “Dağlıq Qarabağ Respublikası”nın adın dəyişdirərək “Artsax” etməsi haqda fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ermənilər düşünür ki, işğal etdikləri ərazilərdə, xüsusilə də Dağlıq Qarabağda Azərbaycanın izlərini nə qədər tez silsələr, bir o qədər yaxşıdır: “Axı bir gün ermənilərdən soruşulacaq ki, əgər Dağlıq Qarabağ sizindirsə, niyə onun adı azərbaycancadır? Əgər bu torpaq sizindirsə, niyə vətəninizə öz dilinizdə ad qoymamısınız? Bu suallara cavab vermək çox çətin olduğu üçün adını dəyişib Artsax qoymaq istəyirlər. Ama unudurlar ki, Atrsax da türkcədir. Ər - saq etnonimindən əmələ gəlib və mənası Saq döyüşçüsü deməkdir. Saqlarla bağlı etnotoponimlər isə Azərbaycanda olduqca çoxdur. Məsələn, Şəki-Saki, Zaqatala - Saqa-tala, Balakən, Bala-saq an, Gəncə - Xan-saq, (yəni xan saq-çar skiflər nəzərdə tutulur), Saqqarsu-Saq ər sü, Saq döyüşçülərinin qoşunu (Saqqarsu Ordubad rayonunda çay adıdır) və. s.

Ona görə də nə etsələr də, nəyi necə dəyişsələr də nəticə dəyişməyəcək. O torpaqlar bizimdir. Gec- tez bizim də olacaq. Ad dəyişmək nə tarixi, nə də mövcud beynəlxalq hüququ dəyişməyəcək. Azərbaycan isə elə beynəlxalq hüquqa və öz hərbi-siyasi gücünə söykənərək ən yaxın zamanlarda münaqişə ətrafında yaranmış status-kvonu dəyişəcək, öz ərazi bütövlüyünü bərpa edəcək”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler