» » İlham Əliyev yol açılışı etdi - Qazaxda+Fotolar

İlham Əliyev yol açılışı etdi - Qazaxda+Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev yol açılışı etdi - Qazaxda+Fotolar
Bu gün Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı olub.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, tədbirdə prezident İlham Əliyev də iştirak edib.

Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə prezidentin 2016-cı il 19 avqust tarixli sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

İlham Əliyev yol açılışı etdi - Qazaxda+Fotolar
İlham Əliyev yol açılışı etdi - Qazaxda+Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler