» » BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalır-

BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalır- Prezident

Bölmə: Siyasət, BLOK XƏBƏR
BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalır-
"BMT-nin elə qətnamləri var ki, onlar saatlar içində həyata keçirilir. Azərbaycanın 20 ildir ki torpaqları işğal altındadır amma qəbul olunan qətnamələr həyata keçirilmir. Beynəlxalq təşkilatların qərarları həyata keçirilməlidir. Burada bizə qarşı selektiv yanaşama var".

ans press-in məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasında çıxış edib.

Prezident bildirib ki, Azərbaycan 20 ildən çoxdur erməni təcavüzündən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, 1 milyondan çox qaçqınımız var. "Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalır. Ermənistan bu qərarlara məhəl qoymur və zəbt edilmiş torpaqlardan çıxmır. Həmsədrlərin bəyanatlarına əməl etmirlər. Öz müqqəddəratını təyinetmə məsələsinə diqqətlə baxmalıyıq. Orada qeyd olunub ki, ərazi bütövlüyü qorunmalıdır. Ermənistan dövlətini də Azərbaycan torpaqları hesabına yaradıblar".

İ.Əliyev qeyd edib ki, işğal altında olan torpaqlardakı məscidlərimiz yerlə yeksan edilib. ATƏT münaqişənin həllində rol oynamayıb. Ermənistan region üçün ən böyük hədədir.

"Son on ildə iqtisadiyyatımız 10 dəfə yüksəlib. 170 milyard ABŞ dolları dəyərində Azərbaycana sərmayə qoyulub. Azərbaycan kosmos sənayesinə malik ölkədir. Biz təhsil sahəsinə sərmayələri artımaq niyyətindəyik. Təhsil eksterimizmə, millətçiliyə qarşı bir zəmanədir.
Azərbaycan dünyada elə bir ölkədir ki, Xəzər, Qara və Aralıq dənizini birləşdirib. Avropanın enerji təchizatında xüsusi rol oynayırıq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler