» » İsa Qəmbər prezidentliyə namizəd olacaq -

İsa Qəmbər prezidentliyə namizəd olacaq -

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İsa Qəmbər prezidentliyə namizəd olacaq -
26 sentyabrda keçirilən referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyi barədə xəbərlər yayılmaqdadır.

Xalqİnfo” xəbər verir ki, musavat.com-un yazdığına görə, bəzi iddialara görə isə Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq gedir. Artıq dairə seçki komissiyalarının sədrləri bu barədə qeyri-rəsmi təlimatlandırılıb. Yeni seçiləcək prezident 7 il ölkəni idarə edəcək.

Politika.az saytının yaydığı xəbərə görə, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər prezidentliyə namizəd olacaq. İsa Qəmbər Müsavatın namizədi kimi irəli sürüləcək.

Qeyd edilir ki, partiyanın son qurultayında İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatın namizədi olacağı bəyan edilib. Ancaq referendumdan sonra növbədənkənar prezident seçkiləri olacağı ehtimalı İsa Qəmbərin prosesə qoşulmasını tezləşdirib.

Daha sonra deyilir ki, partiya seçkilərə ayrılıqda gedəcək və digər müxalif partiyalarla müttəfiqlik etməyəcək, artıq bu barədə Müsavat Partiyasının Divan iclasında ilkin qərar verilib.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə İsa Qəmbərin növbədənkənar seçkiyə getməyə hazırlaşdığı və Müsavatda seçkiyə hazırlıq istiqamətində müzakirələr getdiyi barədə yazılanları sosial şəbəkədə təkzib edib.

Şərh Yaz
ŞƏRH(1)

ali 11 oktyabr 2016 16:00
ali sədr oldun nə etdin feel
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler