» » “Əliyevlə Sarkisyanın razılığını gözləyirik...” -

“Əliyevlə Sarkisyanın razılığını gözləyirik...” - Ceyms Uorlik

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Əliyevlə Sarkisyanın razılığını gözləyirik...” -
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağla bağlı növbəti görüşün keçirilməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin razılığına ümid edir.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ria-Novosti-yə açıqlamasında deyib:

“Ümid edirik ki, prezidentlər növbəti görüşün keçirilməsi üçün razılıq ifadə edəcəklər. Hazırda növbəti görüşün vaxtı və yeri müəyyənləşməyib”.

Onun sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə onun həlli istiqamətində danışıqları davam etdirirlər. Eyni zamanda, ayın sonu regiona səfər zamanı hər iki ölkə lideri ilə ayrılıqda görüş planlaşdırılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler