» » TƏHSİL NAZİRİ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ ALPER COŞKUNU QƏBUL EDİB

TƏHSİL NAZİRİ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ ALPER COŞKUNU QƏBUL EDİB

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
TƏHSİL NAZİRİ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ ALPER COŞKUNU QƏBUL EDİB
Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb

Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

"XalqInfo" bildirir ki, bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və səfirə öz təşəkkürünü bildirib.

Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə, nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib.

XalqInfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler