» » VASİF TALIBOV AVSTRALİYANIN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞÜB

VASİF TALIBOV AVSTRALİYANIN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞÜB

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
VASİF TALIBOV AVSTRALİYANIN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞÜB
Naxçıvanla Avstraliya arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensial var

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenlə görüşüb.

"Xalqİnfo" "Report"-a istinadən xəbər verir ki, qonağı salamlayan Ali Məclisin Sədri onun Naxçıvana səfərinin əhəmiyyətini qeyd edib və ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Muxtar respublikanın inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensialın olduğunu bildirib.

Göstərilən diqqətə görə minnətdarlıq edən Ceyms Martin Larsen Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Qonaq Avstraliya İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib, Naxçıvana səfərin əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler