» » Rövnəq Abdullayev Tsiprasla görüşdü -

Rövnəq Abdullayev Tsiprasla görüşdü - İşçi qrup yaradıldı

Bölmə: Siyasət
Rövnəq Abdullayev Tsiprasla görüşdü -
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Aleksis Tsiprasla görüşüb.

Xalqİnfo bildirir ki, “Qafqazinfo” xəbər verir ki, saat yarım ərzində davam edən danışıqlarda A.Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirdiyini bildirib. O qeyd edib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olması üçün bütün mümkün addımları atmağa hazırdır.

DESFA şirkətinin özəlləşdirilməsi ətrafında yaranmış böhranı tənzimləmək məqsədi ilə tərəflər işçi qrup yaradılması haqqında razılığa gəliblər. Görüşdə işçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən Baş nazirin iqtisadi məsələlər üzrə Baş müşaviri Dimitrios Liakosun rəhbərlik etməsi haqda razılıq əldə olunub. Qeyd edilib ki, işçi qrup Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.

İşçi qrupunun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədi ilə SOCAR təminat məktubunun 31 oktyabr 2016-cı il tarixinə qədər uzadılması haqqında qərar qəbul edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler