» » İlin ən qalmaqallı məhkəmə prosesi təxirə düşdü - Vəkildən imtina etdi

İlin ən qalmaqallı məhkəmə prosesi təxirə düşdü - Vəkildən imtina etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlin ən qalmaqallı məhkəmə prosesi təxirə düşdü - Vəkildən imtina etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov və 3 əməkdaşının məhkəmə prosesi təxirə düşüb.

Xalqİnfo.az bildirir ki, "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Səlim Məmmədovun vəkili Cavid Rzazadə verib. Vəkil bildirib ki, Bakı Hərbi Cinayətlər Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb.

Buna səbəb isə A.Çovdarovun vəkili Sadiq Rəsulovun prosesə qatılmaması olub. General Çovdarov isə dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.

***

Akif Çovdarov prosesdə deyib ki, cinayət işi ilə tanış ola bilməyib: “İstintaq başa çatdıqdan sonra 56 cildlik cinayət işi ilə tanış olmaq üçün mənə cəmi 18 gün vaxt verildi. Süni şəkildə məni tanış olmağa məcbur etdilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler