» » Prezident İlham Əliyev Rusiyanın baş nazirinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Rusiyanın baş nazirinə təbrik məktubu göndərib

Bölmə: Siyasət, GÜNDƏM
Prezident İlham Əliyev Rusiyanın baş nazirinə təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın baş naziri, Dövlət Dumasına seçkidə qalib gələn “Yedinaya Rossiya” Partiyasının sədri Dmitri Medvedevə təbrik məktubu göndərib.
Xalqİnfo.az "Report”-a istinadən xəbər verir ki, məktubda deyilir.
Hörmətli Dmitri Anatolyeviç,
"Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” Partiyasının Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu qələbə Sizin partiyaya və onun dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması və ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir.
Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın firavanlığı naminə Azərbaycan ilə Rusiya arasında mehriban, ənənəvi dostluq münasibətlərinin genişlənməsinə, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsinə kömək edəcək.
Hörmətli Dmitri Anatolyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler