» » Laçın İcra Hakimiyyətində kadr dəyişiklikləri

Laçın İcra Hakimiyyətində kadr dəyişiklikləri

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Laçın İcra Hakimiyyətində kadr dəyişiklikləri

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qərarı ilə onun köməkçisi Asəf Məmmədov tutduğu vəzifədən azad olunub.

Xalqinfo”nun Report-a istinadən məlumata görə, onun yerinə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətci işləyən Şahbazov Məhəmməd Şirin oğlu təyin edilib.

İlyasov İlqar Süleyman oğlu isə İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, bu günə qədər Rayon Mədəniyyət və Turuzum şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Aqil Nəzərli Laçın RİH başçısı təyin edilib. O, bu vəzifəyə qədər rayon İcra Hakimiyyətinin başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri işləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler