» » Təhsil nazirindən rektora - Ciddi xəbərdarlıq

Təhsil nazirindən rektora - Ciddi xəbərdarlıq

Bölmə: Siyasət, BLOK XƏBƏR
Təhsil nazirindən rektora - Ciddi xəbərdarlıq

Bu gün Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.

Xalqinfo” xəbər verir ki, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Toplantıda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunub, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq elan edilib.

Xalqinfo” xatırladır ki, BSU-nun fasadında illərdir qorunan, Azərbaycanın şair və yazıçılarının təsvirlərini əks etdirən mozaikanın söküntüsü son günlər gündəmə çevrilmişdi.(qafqazinfo.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler