» » Gürcüstanın baş naziri bu gün Bakıya gəlir

Gürcüstanın baş naziri bu gün Bakıya gəlir

Bölmə: Siyasət
Gürcüstanın baş naziri bu gün Bakıya gəlir

Bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, baş nazir rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti Gürcüstan nümayəndə heyəti ilə birgə rəsmi nahara qatılacaq.

Sonra Gürcüstanın baş naziri azərbaycanlı həmkarı Artur Rasizadə ilə təkbətək və geniş tərkibdə danışıqlar aparacaq.

Gürcüstan hökumətinin başçısı rəsmi səfər çərçivəsində Heydər Əliyevin abidəsi və əbədi məşəl önünə əklil qoyacaq.

Baş nazirin başçılıq etdiyi Gürcüstan hökumətinin nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Qiqi Qiqladze daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler