» » “Hökuməti heç bir qüvvə

“Hökuməti heç bir qüvvə devirə bilməz”

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Hökuməti heç bir qüvvə  Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Siyavuş Novruzov Türkiyədə baş verən hadisələrlə bağlı “Qafqazinfo” müsahibə verib.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən müsahibni təqdim edir;

- Türkiyədəki hərbi çevriliş cəhdini necə dəyərləndirirsiniz?

- Türkiyə Azərbaycana qardaş olan dövlətdir. Bu ölkədə baş verən hər hansı hadisə Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir. Azərbaycan ictimaiyyəti, dövləti Türkiyənin yanındadır. Türkiyədə bu yaxınlarda qanuni seçkilər baş tutub. Xalqın etimad göstərdiyi, seçdiyi hökuməti heç bir qüvvə devirə bilməz. Qeyri-qanuni yolla, silah gücü və zoru ilə hakimiyyətin devrilməsi yolverilməzdir. Azərbaycan ictiamiyyəti Türkiyədə olan antidemokratik hərəkatları pisləyir. Hesab edir ki, türk xalqının mətinliyi, vətəndaşların demokratiya olan sadiqliyi bu proseslərin tez bir zamanda həll olunmasına yardımçı olacaq.

- AKP hökuməti çevrilişin Fətullah Gülən hərəkatı tərəfindən edildiyini iddia edir. Siz bununla bağlı nə düşünürsünüz?

- Bununla bağlı istintaq getməlidir. Dünən Türkiyə prezidenti Ərdoğan çıxışında çevrilişin Pensilvaniyadan idarə olunduğunu vurğuladı. Təbii ki, Türkiyənin istintaq orqanları məsələni aydınlaşdıracaq. Ümumilikdə isə, Türkiyə tarixində əvvəllər də bu cür çevrilişlər olub. Lakin burada sırf ordunun daxilində və kənardan olan müdaxilələr nəticəsində belə bir adımların atılması təbii ki istintaqın səlahiyyətinə daxil olan məsələdir. Amma bütövlükdə stabil, qüdrətli və bütöv Türkiyənin tərəfindəyik.

- Burada ordunun nüfuzdan salma, zəiflədilmə cəhdlərinin də olduğu vurğulanır...

- Əvvəllər Türkiyədə bu cür çevrilişlər baş verəndə ordu özü bunu bilavasitə həyata keçirirdi. İndi isə bunu həyata keçirən ordunun tərkibində olan qrupdur. Sadəcə olaraq bu qrup ələ də alına bilər, hansısa təsir vasitələri ilə bu bu addımı ata bilər. Bu yaxınlarda hərbi sahədə dəyişikliklər olunub. İstefalar, vəzifədən uzaqlaşdırılımalar baş verib. Ona görə də bu bütöv ordunun çevrilişi demək deyil.

- Hadisələrin gələcək gedişatını necə görürsünüz?

- Türkiyədə vəziyyət düzələcək. Çünki xalqa qarşı çıxmaq qeyri-mümkündür. Azərbaycanda da vaxtilə pərakəndə qüvvələr dövlət çevrilişinə cəhd göstərdilər. Ancaq xalqla ümummilli liderin birliyi bu cür silahlı qüvvələrin qarşısını aldı. Dünən Türkiyədə baş verən hadisədən də şahid olduq ki, partiyasından asılı olmayaraq bütün türk xalqı demokratiyanın yanındadır, konstitision hökuməti müdafiə edir. Hətta silahın, tankın üzərinə gedir. Bu, hesab edirəm ki, türk xalqının qələbəsidir. Türkiyə dövlətçiliyi olmayan və ya yeni yaranan bir dövlət deyil. Türkiyənin min illik tarixi var. Bundan irəli gələrək türk xalqı həmişə müdrik, vətənpərvər olub. Növbəti addım da onu göstərdi ki, xalq öz dövlətini müdafiə etməyə həmişə hazırdır.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler