» » Əliyevlə Gül arasında qapalı görüş -

Əliyevlə Gül arasında qapalı görüş - Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR
Əliyevlə Gül arasında qapalı görüş -
Bu gün Bodrumda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül arasında görüş keçirilib.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycan prezidentinin türkiyəli həmkarı ilə görüşü mətbuata qapalı olub.

Görüşdən sonra da mətbuat üçün hər hansı açıqlama verilməyib.

AzərTAc”ın yaydığı məlumatda isə bildirilir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edildi, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler