» » Oqtay Əsədov danışan deputatları niyə sevmir?

Oqtay Əsədov danışan deputatları niyə sevmir?

Bölmə: Siyasət, BLOK XƏBƏR
Oqtay Əsədov danışan deputatları niyə sevmir?

Zahid Oruc: “Parlament sükut yeri yox, müzakirələr, danışıqlar yeridir”

Xalqinfo.az
musavat.com-a istinaden xeber verir ki, Milli Məclisin növbədənkənar sonuncu iclasında da spiker Oqtay Əsədov deputat Zahid Orucu hər iclasda çıxış etməməyə çağırıb. Deputat spikerdən cari məsələlərin müzakirəsi üçün vaxt ayrılmasını istəyib. Oqtay Əsədov isə cavabında “Elə bir iclas olmur ki, sən çıxış etməyəsən” deyə, irad bildirib.

Oqtay Əsədov sanki parlamentdə danışan deputatların olmasını istəmir, danışan deputatları sevmir. Onun iş prinsipinin məhz belə olduğu hələ 2005-ci ildən müşahidə edilirdi. Elə bir iclas olmurdu ki, hörmətli Oqtay Əsədov deputat Pənah Hüseynlə ikinci hər dəfə çıxış etdiyi üçün mübahisə eləməsin. İqbal Ağazadə və digər bəzi deputatlarla da Oqtay Əsədovun çox danışmaq üstündə mübahisələrinə tez-tez gəlirdik. İndiki parlamentdə isə aktivliyi ilə seçilən cəmi bir neçə deputat var. Ancaq belə görünür ki, Oqtay Əsədov hətta bunu da çox görür. Zahid Orucu hər dəfə çıxış etməməyə çağırmasının başqa izahı yoxdur.

Ekspertlər bildirir ki, spikerin parlamentin iclasında deputatlara “danışmayın” deməsi bir baş redaktorun müxbirlərə “yazı yazmayın” deməsi kimidir və heç cür anlaşılan deyil.

Bəs maraqlıdır hörmətli Oqtay Əsədov niyə danışan deputatları sevmir? Bu barədə deputat Zahid Orucun özü hansı fikirdədir?

Deputat Zahid Oruc bildirdi ki, gerçəkdən də parlament məhz müzakirə meydanıdır. Əks halda müzakirələr parlament divarlarından kənara çıxır. Əks halda hələ qədim Romada senatorlar Sezarı Məclisə dəvət etməzdilər. Bütün məsələlər Məclisdə müzakirə olunmazdı. Tarixdən də bəllidir ki, küçə və meydanlarda dartışmaların yığışdırmağın ən yaxşı vasitəsi məhz xalq Məclisləridir. Əks halda mənfi tendensiyalar sivil müzakirələri əvəzləyəcək: “Cəmiyyət elə qurulub ki, onun hansı formasiyada yaşamasından asılı olmayaraq özünün içərisindəki düşüncələri çıxaracaq vasitələri tapır. Ola bilər ki, bu, pıçıltı ilə olsun, ola bilər ki, uca səslə olsun. Parlamentlərdə hər cür dəlilik-doluluq, davakarlıq və vuruşmaların hüququ tanınıb. Parlamentdə müzakirələr, çıxışlar əslində inqilabi prosesləri önləyir. Yalnız o halda parlament bir mexanizm kimi işləyir. Parlament sükut yeri deyil və olmamalıdır. Sovet dövründə də Ali Sovet mövcud idi və sadəcə direktivləri yerinə yetirirdi, deputatlar 6 aydan bir toplaşırdılar səs verirdilər bununla da iş bitirdi. Bu əsl parlament deyildi. Demokratik sistemlərin hamısı onu tələb edir ki, parlament sükut yeri yox, müzakirələr, danışıqlar yeri olsun”.

Deputat xatırlatdı ki, Azərbaycan prezidentinin ötən illər ərzində mövqeyi ondan ibarət olub ki, hətta dövlət rəhbərinin imzası ilə parlamentə gələn sənədlər geniş müzakirələrə səbəb olsun: “Prezident müzakirələrin inkişafa apardığını öz mövqeyi ilə həmişə ortaya qoyub. Şəxsən Zahid Oruc olaraq mən bunu özüm üçün fəaliyyət üslubu seçmişəm. Şəxsi münasibətimizə gələndə isə Oqtay Əsədovla heç bir problemimiz olmayıb. Dəfələrlə kabinetində ölkənin daxili, xarici həyatına, parlament işinə bağlı məsələlər haqda danışmışıq, müxtəlif məsələlər ətrafında razılaşmalarımız olub. Lakin parlamentin iclaslarında ayrı-ayrı məsələlərə yanaşmamızda fikir toqquşmaları olub. Amma bunu mən heç zaman şəxsi münasibətlərdə hiss etdirməməyə çalışmışam. Dünən (srağagün) Məclisdə mən Zahid Oruc olaraq əslində nəyi deyirdim? Məclisin iclası 15 gündən sonra keçirilirdi. Əgər bu müddət ərzində deputatın sözü yoxdursa bu, çox pisdir. Bəzən bizə deyirlər ki, mikrofon üçün darıxmısız. Əksinə olsa bu, daha çox qüsurlu olardı. Parlament məgər sükut meydanıdır? Əgər burda danışılmasa onda başqa məkanlarda bu danışmalar daha çox olur. Əgər qanunverici orqan təmsilçiləri xalq adından müxtəlif məsələləri Məclis tribunasına gətirirlərsə və problemlər haqqında danışırlarsa, o halda cəmiyyətdə bir sakitlik, bir nizam, özünü tənzimləmə olur. Əksinə, xalqın təmsilçiləri dayananda, danışmayanda, onların fikirləri hər hansı bir şəkildə basqı altında olanda o mütləq əksini cəmiyyət həyatında da tapır”.

Z.Orucun sözlərinə, mümkündür ki, Məclisin özünün də sıralarında bir çoxlarında daha fəal rejimdə çalışan şəxsi kürəyindən basqı altında saxlamaq meyli var: “Bütün bunlara baxmayaraq, biz dövlət başçısının yürütdüyü kursa bağlı ideyalarımızı hər zaman açıqlamaqda davam eləyəcəyik. Zahid Oruc olaraq heç bir qruplaşmada olmadan, hansısa bir cərəyanlarda birinin mövqeyini artırmaq, digərinin mövqeyini əksiltmək istəyini güdmədən, şəxsi intriqa aparmadan, xüsusi bir iddialarla orada yaşamadan həqiqi parlament üzvü kimi vəzifəmizi yerinə yetirəcəyik. Bundan sonrakı dönəmdə də qanuni fəal bir şəkildə öz mövqeyimizi o tribunadan ifadə edəcəyik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler