» » Bakının bu kəndlərində su olmayacaq

Bakının bu kəndlərində su olmayacaq

Bölmə: Siyasət, BLOK XƏBƏR
Bakının bu kəndlərində su olmayacaqGoradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcək.


Xalqinfo.az bildirir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaq.

Abunəçilərin diqqətinə çatdırılır ki, yenidənqurma işləri ilə əlaqədar 24 may 2016-cı il tarixdə saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.






Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler