Prezidentdən fərman: “Yaşıl dəhliz” sistemindən istifadə qaydalarını təsdiqləyibBölmə: Siyasət, BLOK XƏBƏR
Azərbaycan prezidenti İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.Xalqinfo.az Oxu.Az-a istinadən xəbər veriri ki, Nazirlər Kabineti Gömrük Məcəlləsinin, digər qanunların və prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində prezidentə məlumat verməli və sənəndlə təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiq ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşməni təmin etməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək. Dövlət Gömrük Komitəsi bu fərmanla təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar iki ay müddətində müvafiq infrastrukturun yaradılması üçün tədbirlər görməlidir. Fərmanla təsdiq edilmiş qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir. Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|