» » İlham Əliyev Rusiya-Türkiyə münasibətlərindən danışdı

İlham Əliyev Rusiya-Türkiyə münasibətlərindən danışdı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Rusiya-Türkiyə münasibətlərindən danışdı

“Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil”.

“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir:

“Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir”.

Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub:

“Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler