» » Azərbaycana ilk başsağlığı Ərdoğandan gəldi

Azərbaycana ilk başsağlığı Ərdoğandan gəldi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Azərbaycana ilk başsağlığı Ərdoğandan gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Günəşli” neft yatağında baş vermiş yanğın nəticəsində həyatını itirənlərə görə prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

“Xalqinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın başsağlığı məktubunda dünən Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən 30 nəfərə görə kədərləndiyi qeyd olunur:

“Türkiyə xalqı və öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Türkiyə hər zaman olduğu kimi bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür köməyi göstərməyə hazırdır”.

Qeyd edək ki, yanğınla bağlı SOCAR-ın yaydığı rəsmi məlumata görə, hadisə zamanı 1 nəfər vəfat edib, 29 nəfər isə itkin hesab olunur.

FHN-in əməliyyatı nəticəsində daha 33 nəfər xilas edilib, onlardan 7-si hazırda Neftçilər Xəstəxanasında müalicə alır, qalanları isə evə buraxılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler