» » İlham Əliyev Obamadan daha çox demokratdır

İlham Əliyev Obamadan daha çox demokratdır

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Obamadan daha çox demokratdır
Əziz oxucular,son zamanlar bəzi qüvvələr antiazərbaycan kompaniyasına başlayıb.Əminəm ki,bu qüvvələrin cavabı xalqımız tərəfindən layiqincə veriləcək.
Təəssüf ki, Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun, regional və qlobal proseslərdə rolunun getdikcə artması dünya miqyasında eyni cür qarşılanmır. Belə ki, ölkəmizin uğurları dostlarımızı sevindirir, islamofob, ermənipərəst dairələr isə bu uğurlardan ciddi şəkildə narahatçılıq keçirirlər. Bu kontekstdə ABŞ-dakı bəzi dairələrin və Qərbdəki islamofob qüvvələrin “fəallığı” xüsusilə diqqəti cəlb edir.
ABŞ-dakı bəzi dairələrin Azərbaycana qarşı təşkil etdikləri qərəzli kampaniyalar müxtəlif səbəblərdən qaynaqlanır
ABŞ-dakı bəzi dairələrin respublikamızla bağlı müxtəlif vaxtlarda gündəmə gətirdikləri şər, böhtan kampaniyalarının mahiyyətinə vardıqda onların sırf konyuktur maraqlardan qaynaqlandığı dərhal nəzərə çarpır.
Tarixə qısaca nəzər salaq. Beynəlxalq siyasi münasibətlərdə özünü demokratiyanın atası hesab edən ABŞ kimə nə verir? Dünyanı idarə edən qüvvələr var bunu anlayırıq.Ancaq dövlətlər arası münasibətdə bu qədər ədalətsizlik olmaz.Arqument.20 ildən artıqdır tarixi torpaqlarımız erməni tərəfindən işğal edilib,yüzlərlə vətəndaşımız erməni gülləsinin qurbanı olub.İşğalda olan mədəniyyətimiz məhv edilib.Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. ABŞ və yaxud Avropa bunu görmür? Müsəlmanlara qarşı aparılan mübarizə hələ də davam etməkdədir. Azərbaycan vətəndaşlarının hüququ yoxdur?Beynəlxalq təşkilatlar bu haqları niyə qorumur və bundan danışmır? Tarixi hadisələr göstərir ki, belə qara qüvvələr daima çalışıb ki, demokratiya adı altında sabitliyi pozsun.
Azərbaycanda iki satqın, vətənə xəyanət etmişlər tutulan kimi insan haqları,azadlıqları ABŞ-ın,Avropanın yadına düşür.
Yüzlərlə vətəndaşımız ermənilər tərəfindən öldürülüb,haqlarını tapdalayıb.Bir dəfə görmədim ,eşitmədimki,Avropa desin ermənilər cinayət edib. İndi bunların Xədicə İsmayıl kimi adamı müdafiə etmələri nə dərəcədə səmimidir? Avropanın kütünə gedən belə adamlar artıq dövlətçilik mənəviyyatını itiriblər.
Azərbaycanda qara qüvvələrin maraqlarına xidmət edən müxalif qüvvələr hələ də qalmaqdadır.Bunlar başa düşmürlər ki, ət öz suyunda bişəndə dadlı olur.
Hesab edirəm ki,azərbaycan xalqı həmişə olduğu kimi bu gün də belə bəd qüvvələrin cavabın əməli olaraq verəcək.Güclü gəncliyimiz var.Böyük gəncliyin xəmiri
Ulu Öndərin ideyaları ilə yoğrulub. Bunu heç bir qüvvə dəyişdirə bilməz.Cənab Prezident İlham Əliyev Xalqımızın vahid lideridir.Xalqımız yaxşı bilir ki, İraq,Liviya,Suriya xalqının başı nələr çəkir.Bəzi xarici qüvvələr əmin olsunlar ki, onlar Azərbaycanda məqsədlərinə nail ola bilməyəcəklər. Bizim tarixi qədim,şərəfli xalqımız var,İlham Əliyev kimi lideri olan xalq xoşbəxt xalqdır.Sağ əlimiz o biri xalqların başına. Amin.
Azərbaycanın əleyhinə növbəti “qara piar” kampaniyasına birinci Avropa Oyunları ərəfəsində start verilməsi təsadüfi deyildi.
Biz əvvəlki təcrübəmizdən də görürük ki, yuxarıda haqqında bəhs olunan qüvvələr, adətən, Azərbaycanda keçirilməsi gözlənilən və ölkəmizin təbliği nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyan mötəbər tədbirlər ərəfəsində xüsusilə fəallaşırlar. Həmin qüvvələrin ölkəmizdə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində daxildəki “beşinci kolon” təmsilçiləri ilə birləşərək nə kimi təxribatlara əl atdıqları hər kəsin yadındadır.
Hal hazırda ölkəmizdə qara niyyətli qüvvələr mövcutdur.Özümüzün bəzi satqınları antiazərbaycan təbliğatın aparırlar.Buna yol verilməyəcək.Müxalifətin bəziləri Avropalı dayıları ilə kəmin kəsiblər.Bir o qalır gecə bir yerdə yatalar. Avropa və Amerikanın bəzi dairələri illərdir vətəndaşlarımızın tapdanmış hüquqlarının bərpasına kömək etmirlər.Necə ola bilər Əli Kərimli və yoxud Xədicə hüquqlu çıxdı? Azərbaycan xalqı inkişaf edir öz yolunda.Müstəqil və demokratik yolla.
İlham Əliyev ABŞ prezidenti Obamadan daha çox demokratdır.
Məsələn:
Azərbaycanda ölüm hökmü ləğv olunub ABŞ-da əksinədi
Azərbaycanda vətəndaşlar arasında ayrıseçkilik yoxdu ABŞ -da isə əksinə ,bu yaxınlarda siqaret satan qara dərilini polis boğaraq öldürdü.
İlham Əliyev heç bir dövlətin ərazisinə müdaxilə etməyib, Obama isə iraqda,suriyada,Fələstində yüzlərlə insanın ölümünə səbəb olan müharibələr yaradıb və s.
Tural Məmmədov
Xalqinfo.az xəbər portalının
baş direktoru


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler