» » “Azərbaycana gəlmək istəyirəm”-

“Azərbaycana gəlmək istəyirəm”- Çöhrəqanlı

Bölmə: Siyasət
“Azərbaycana gəlmək istəyirəm”-
“Mən yenidən Azərbaycana gəlmək istəyirəm. Amma bu səfərimin tarixi ilə bağlı qəti qərar verməmişəm”.


“Qafqazinfo” xəbər verir ki, bunu Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı Modern.az-a deyib. O bildirib ki, Bakı aeroportundan 2013-cü ilin avqust ayında geri qaytarıldıqdan sonra Azərbaycana gəlmək üçün rəsmi müraciətlər etməyib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev müsahibələrində bildirib ki, mənim gəlməyimdə problem yoxdur. Ancaq mən hələ də Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etməmişəm”.

GAMOH lideri ABŞ-ın İranla bağlı siyasətindən də söz açıb. “ABŞ İranla dialoq halındadır. Hər iki tərəf də əlaqələri normallaşdırmağa çalışır. ABŞ-ın Əfqanıstan və İraqda böyük yanlışları və itkiləri olub. Bundan sonra ABŞ-ın İranla bağlı hər hansı siyasi mübarizəyə və ya müharibəyə başlayacağı real görünmür”.

M.Çöhrəqanlı Güney Azərbaycan türklərinin apardığı mübarizənin haradan koordinasiya edildiyi barədə sualı da cavablandırıb. “Güneydəki mücadilə ən məzlum, pak, hərəkatlardan biridir. O, xaricdən heç bir pul almır. Onu heç bir xarici dövlət koordinasiya etmir. Güney Azərbaycan türk millətinin əmrindədir”,- deyə GAMOH lideri vurğulayıb.

Qeyd edək ki, 2013-cü ilin avqust ayında Çöhrəqanlı Bakıya gəlsə də, viza problemi səbəbi ilə geri qaytarılmışdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler