Yanan bina sakinlərinə yeni mənzillər verildiBölmə: Siyasət, DÜNƏNDƏN-BUGÜNƏ
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş vermiş yanğın zamanı zərərçəkmiş 46 mənzil sakini yeni evlərdə yerləşdirilib.Xalqinfi.azz bildirir ki,bunu ANS PRESS-ə açıqlamasında Binəqədi İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova söyləyib. O bildirib ki, onlardan 12 mənzil sakini pansionatlara məskunlaşdırılıb. 34 mənzil sakini isə öz istəyi ilə kirayəyə çıxıb. Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Mənbə ANS PRESS |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|