» » “Ermənistan Azərbaycanda etnik təmizləmə həyata keçirib” –

“Ermənistan Azərbaycanda etnik təmizləmə həyata keçirib” – İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Ermənistan Azərbaycanda etnik təmizləmə həyata keçirib” –“Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib”.

Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu islahatlar Ermənistanın təcavüzü fonunda həyata keçirilir: “1 milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib. 20 ildən artıqdır, sülh danışıqları nəticə vermir. 21-ci əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəccüb doğurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir, masa üzərindədir, əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar, müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir”.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı humanitar fəlakətlə üzləşmişdi: “Bizə iqtisadiyyatı inkişaf etdirmək üçün sülh və sabitlik lazım idi. Biz işğal şəraitində ölkəmizi inkişaf etdirməli idik, çünki güclü olduqda hədəflərimizə nail ola bilərdik. Biz bu yolla getdik. Münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler