» » BQXK Azərbaycanda saxlanılan erməni hərbçiyə baş çəkdi

BQXK Azərbaycanda saxlanılan erməni hərbçiyə baş çəkdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
BQXK Azərbaycanda saxlanılan erməni hərbçiyə baş çəkdiBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları martın 22-də təmas xəttini keçmiş erməni hərbçiyə baş çəkib.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya bildirib ki, başçəkmə aprelin 27-də olub. Ona ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler